Antioksidantları olan qidalar hansılardır?

29-03-2024, 09:08           
Antioksidantları olan qidalar hansılardır?
Rusiyalı dietoloq Natalya Kruqlova antioksidantlarla zəngin qidaların faydalarından danışıb.Foodinfo.az xəbər verir ki, ekspert RuNews24-ə müsahibəsində bildirib ki, onlar tərəvəz, meyvə, yarpaqlı tərəvəzlər, giləmeyvə, qoz-fındıq və paxlalılar kimi bitki mənşəli məhsullarda geniş yayılıb.Mütəxəssisin qeyd etdiyi kimi, qida rasionunda bu məhsulların çatışmazlığı ürək-damar sistemi xəstəliklərinin və bəzi xərçəng növlərinin yaranmasına səbəb olur.“Ona görə də mən tərkibində antioksidanlar olan qidaları yeməyi tövsiyə edirəm: tünd yaşıl tərəvəzlər, yarpaqlı tərəvəzlər, tünd rəngli giləmeyvə, qoz-fındıq və paxlalılar. Onlar həqiqətən pəhrizi zənginləşdirə və sağlamlığı qoruya bilərlər”, - deyə Kruqlova əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru