Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

29-03-2024, 11:45           
Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi
ABŞ-nin Nyu-York federal məhkəməsi Sem Benkman-Fridi 25 il həbs cəzasına məhkum edib.

O, Baham adalarında yerləşən kriptovalyuta birjası “FTX”nin operatoru olan “FTX Group”un qurucusu və baş direktoru olub.

Şirkət 11 noyabr 2022-ci ildə müflis olduğunu elan edib. Eyni zamanda, baş direktor Sem Benkman-Fridin vəzifəsindən istefa verəcəyi açıqlanıb və şirkət özü də kənar idarəetməyə keçib.

2022-ci ilin dekabrında Sem Benkman-Frid ABŞ-nin tələbi ilə Baham adalarında saxlanılıb. Eyni zamanda, o, birjaya ümumilikdə 1,8 milyard dollar sərmayə qoyan FTX investorlarını aldatmaq üçün bir sxem təşkil etməkdə ittiham edilib.

2023-cü ilin noyabrında Benkman-Frid Nyu-Yorkda münsiflər heyəti tərəfindən FTX müştəri hesablarından milyardlarla dollar oğurlamaqda, həmçinin kriptovalyuta müştərilərinin vəsaitlərini bank hesabında saxlayan “Alameda Research” hedcinq fondunun kreditorlarını aldatmaqda günahkar bilinib. Bundan əlavə, məhkəmə münsifləri Sem Benkman-Fridi FTX investorlarını aldatmaqda və çirkli pulların yuyulmasında təqsirli bilib.

Ümumilikdə o, maksimum 115 il həbs cəzası nəzərdə tutan yeddi ittiham üzrə təqsirli bilinib. Eyni zamanda, prokurorluq FTX-nin təsisçisinə 40 ildən 50 ilədək həbs cəzası istəyib.

Mənbə: kommersant.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.