Rusiya hərbi təyyarəsi dənizə düşdü-VİDEO

29-03-2024, 18:58           
Rusiya hərbi təyyarəsi dənizə düşdü-VİDEO
Sevastopol şəhəri yaxınlığında Rusiyanın hərbi təyyarəsi dənizə düşüb.

Tribunainfo.az xəbər verir ki, şəhər qubernatoru Mixail Razvojayevin verdiyi məlumata görə, Sevastopol ərazisində heç bir mülki obyektə ziyan dəyməyib.

Qubernator öz Telegram kanalında yazıb: “Hərbi təyyarə dənizə düşüb. Mən görürəm ki, Ukraynanın ictimai səhifələrində çoxlu müxtəlif məlumatlar dərc olunur. Mülki obyektlərə ziyan dəyməyib”.

Təyyarənin hansı səbəbdən dənizə düşdüyünü açıqlamayan şəhər merinin sözlərinə görə, pilot təyyarədən paraşütlə tullanmağı bacarıb. O, xilasedicilər tərəfindən sahilə yaxın ərazidən çıxarılıb, həyatı üçün təhlükə yoxdur.

Daha əvvəl xəbər verildiyi kimi, Sevastopolda dəniz sərnişin daşımaları dayandırılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru