Tailandda qüllə kranı aşdı - Ölənlər var

30-03-2024, 12:14           
Tailandda qüllə kranı aşdı - Ölənlər var
Tailandda Rayonq əyalətində sənaye tikinti meydançasında qüllə kranının aşması nəticəsində 7 nəfər həlak olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölənlər arasında altı Myanma və bir Çin vətəndaşı var.

İşçilər işəgötürəndən hər ölən şəxsə görə 5 milyon bat (təxminən 140 min dollar) məbləğində təzminat ödəməsini tələb ediblər.

İşçilər israrla istəklərinin yerinə yetirilməsini istəyirlər və xilasedicilərin ölən şəxslərin cəsədlərini ərazidən çıxarmasına mane olurlar.

Polis danışıqlar aparmaq üçün hadisə yerinə gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru