Bakıda metronun deposuna gizli daxil olaraq qatarlara ziyan vuran əcnəbilər saxlanılıb - TƏFƏRRÜAT

30-03-2024, 17:36           
Bakıda metronun deposuna gizli daxil olaraq qatarlara ziyan vuran əcnəbilər saxlanılıb - TƏFƏRRÜAT
Bakıda metronun deposuna gizli daxil olaraq qatarlara ziyan vuran əcnəbilər saxlanılıb
Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar.

Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru