Gürcüstanda bir gündə iki ZƏLZƏLƏ

31-03-2024, 00:02           
Gürcüstanda bir gündə iki ZƏLZƏLƏ
Gürcüstanın qərbində bu gündə iki zəlzələ baş verib.

“Cebhe.info” Milli Seysmik Monitorinq Mərkəzinə istinadən xəbər verir ki, Tbilisi vaxtı ilə saat 17:44-də Raça bölgəsindəki Oni şəhərindən 10 km aralıda 4,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Bir neçə dəqiqə sonra, saat 17:50-də həmin ərazidə 4,2 bal gücündə zəlzələ baş verib.

Birinci halda hiposentr 7 kilometr, ikincidə isə 10 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələ ki, məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru