18 yaşlı gənclər rabitə qülləsini yandırmağa cəhddə şübhəli bilinərək həbs edilib

4-04-2024, 12:44           
18 yaşlı gənclər rabitə qülləsini yandırmağa cəhddə şübhəli bilinərək həbs edilib
Ufada FSB əməkdaşları rabitə qülləsini yandırmağı planlaşdıran 18 yaşlı üç oğlanı saxlayıblar.

33gun.az xəbər verir ki, Onlar təxribat törətməyə vaxt tapmamış planlaşdırılan cinayət yerində yaxalanıblar.

Məlum olub ki, hər üç dost Telegram messencerində qülləni yandırdıqlarına görə onlara mükafat vəd edən müəyyən adamlarla yazışıblar. Ancaq daha bir neçə şərt yerinə yetirilməli idi. Uğursuz təxribatçılar bildiriblər ki, obyekt sifarişçi tərəfindən seçilib.

Hadisədən sonra təxribata cəhd maddəsi ilə cinayət işi açılıb. Hər üç müttəhim Ufanın Kirovski Rayon Məhkəməsi tərəfindən həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru