Bakıda iki avtomobil toqquşdu: Xəsarət alanların kimlikləri məlum oldu - YENİLƏNİB + FOTO

5-04-2024, 08:48           
Bakıda iki avtomobil toqquşdu: Xəsarət alanların kimlikləri məlum oldu - YENİLƏNİB + FOTO
Nərimanov rayonu, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsində yaralananların kimlikləri məlum olub.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində 1999-cu il təvəllüdlü Behbud İsa oğlu Hüseynov, eyni təvəllüdlü Vüsal Şöhrət oğlu Abdullazadə, habelə 1982-ci il təvəllüdlü Fazil Musa oğlu Abbasov və 1995-ci il təvəllüdlü Emil Rizvan oğlu Vəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

04.04.2024, 23:16

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Oxu.Az xəbər verir ki, qəza Heydər Əliyev prospekti, 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.

Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində dörd nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan iki nəfər Kliniki Tibbi Mərkəzə, iki nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru