Hacı Şahinin You Tube kanalı ələ keçirildi - Butun videolar silindi
6-04-2024, 08:24
Hacı Şahin Həsənlinin rəsmi "YouTube" kanalı kibercinayətkarların hücumuna məruz qalıb. Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas bildirib. O qeyd edib ki, kibercinayətkarlar kanalı ələ keçirib və oradakı bütün bütün videolar siliblər.