Rusiyada “Crocus” işi ilə bağlı iki nəfər saxlanılıb

9-04-2024, 09:34           
Rusiyada “Crocus” işi ilə bağlı iki nəfər saxlanılıb
Yanğın təhlükəsizliyinə məsul şəxs və “Crocus City Hall”un yanğından mühafizə sistemlərinə xidmət göstərən mühəndis saxlanılıblar.

Məlumata görə, müstəntiqlər terror aktı zamanı yanğınsöndürmə sisteminin düzgün işləməməsini və yanğının söndürülməsinin niyə bu qədər uzun çəkdiyini araşdırmaqda davam edirlər. Onlar “Crocus”a verilmiş yanğın lisenziyasında uyğunsuzluqlar aşkar ediblər. Belə ki, indiki lisenziya yalnız “Crocus City Mall”a aiddir.

Çoxmərtəbəli konsert zalının tikintisi başa çatdıqdan sonra binanın tutumu bir neçə dəfə artırılıb. Buna baxmayaraq, mühəndis və məsul şəxs müəyyən məhdudiyyətlərlə sərbəst buraxılıblar.

Qeyd edək ki, ümumilikdə terror aktına görə 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara qarşı cinayət işi açılıb və nəzarətə götürülüb. Son məlumatlara görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 145 nəfər ölüb, 550 nəfər yaralanıb. (Mənbə: Baza)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru