Əgər bunu etsək, Ukrayna qalib gələcək - Kemeron

10-04-2024, 10:25           
Əgər bunu etsək, Ukrayna qalib gələcək - Kemeron
Əgər Qərb müttəfiqləri Kiyevə layiq olduğu dəstəyi versələr, ukraynalılar müharibədə qalib gələ və ədalətli sülhə nail ola bilərlər.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib.

O qeyd edib ki, beynəlxalq münasibətlərdə belə təhlükəli bir zamanda yaxın ittifaqlar önəmlidir.

Eyni zamanda, siyasətçi xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Qara Dəniz Donanmasının 25 faizini batırıb və 350 mindən çox rus işğalçısını məhv edib.

"Onların nəyə ehtiyacı olduğunu bilirik. Biz bilirik ki, onların hava hücumundan müdafiyə ehtiyacı var, bilirik ki, onlara sursat lazımdır. Çexiyadan sursatların çatdırılması üçün gözəl təşəbbüs var. Biz bilirik ki, onların NATO müttəfiqlərinin dəstəyinə və NATO sammitində yaxşı nəticəyə ehtiyacı var", - D.Kemeron vurğulayıb.
axar.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.