Moskvada sinaqoqda terror aktının qarşısı alınıb

12-04-2024, 11:24           
Moskvada sinaqoqda terror aktının qarşısı alınıb
Moskvada sinaqoqda terror aktı hazırlayan şəxs zərərsizləşdirilib.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Sözügedən şəxsin Orta Asiya əsilli olduğu bildirilib.

“Əcnəbi terror aktı törətmək üçün Moskvadakı sinaqoqlardan birinin əhatəsində olan ərazidə kəşfiyyat aparıb, həmçinin əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün komponentlər alıb. Aprelin 10-da terrorçu saxlanılarkən silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib”, - məlumatda qeyd edilib.

Saxlanılan şəxsin yaşadığı yerdən istifadəyə hazır kustar üsulla hazırlanmış partlayıcı qurğu, habelə partlayıcı maddələr aşkar edilərək götürülüb.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru