ABŞ-də qandallanmış 85 yaşlı qadın oğrunu öldürdü

12-04-2024, 16:08           
ABŞ-də qandallanmış 85 yaşlı qadın oğrunu öldürdü
ABŞ-də əyləşdiyi oturacağa qandallanmış 85 yaşlı təqaüdçü evinə basqın edən qulduru öldürüb.

Kristina adlı qadın Aydahoda yaşayır. Soyğunçu gecə saatlarında onun evinə soxulub, qadını döyüb, çarpayıdan sürüyərək qaldırıb və qonaq otağındakı oturacağa qandallayıb.

Oğru evin ətrafında gəzişərək qiymətli əşyalar axtararkən qadın şkafa doğru sürünərək tapançasını götürməyə nail olub.

Quldur geri qayıdanda nənə atəş açıb. O, cəmi iki dəfə atəş açmaqla hədəfi vurub.
Cinayətkar cavab atəşi açmağa çalışıb və yaşlı qadını yaralayıb, lakin qanaxmadan özü ölüb. Qadın isə sağ qalıb və artıq sağalmaq üzrədir.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru