Rusiyada naməlum şəxs yoldan keçən qadınların üzərinə turşu töküb - FOTO/VİDEO

13-04-2024, 16:14           
Rusiyada naməlum şəxs yoldan keçən qadınların üzərinə turşu töküb - FOTO/VİDEO
Rusiyada Moskva yaxınlığında naməlum kişi qadınlara hücum edərək, onların üzərinə turşu töküb.

Verilən məlumata görə, kişi qadınlara arxadan yaxınlaşaraq onların üzərinə turşu töküb. Onun hərəkətləri nəticəsində yaşlı qadın və 16 yaşlı qız xəsarət alıblar.

Qeyd olunub ki, qadın üzündə, gözlərində və əllərində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İkinci hücum aprelin 10-da axşam saatlarında baş verib. Yolda naməlum kişi 16 yaşlı qızın üzərinə maye töküb.
Həmin şəxs hazırda polis tərəfindən axtarışdadır.
Mənbə: “Mash” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru