Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

13-04-2024, 15:19           
Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı
Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mash на Мойке” teleqram kanalı yayıb.

Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib. Qətldə şübhəli bilinən ər artıq saxlanılıb.

Qeyd olunur ki, 42 yaşlı Araz hadisədən 2 ay əvvəl də həyat yoldaşını boğmağa cəhd edib. Qadının bu zaman qaçaraq polisə məlumat verdiyi deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.