Pakistanda ildırım can aldı - 25 ÖLÜ - FOTO
14-04-2024, 10:54
Güclü yağış Pakistanın Pəncab, Bəlucistan və Sind əyalətlərində həyatı iflic edib. 25 nəfər ildırım vurması nəticəsində həlak olub.
Referans.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti kənd təsərrüfatı işçiləri olub.
Bildirilib ki, təkcə Pəncabın müxtəlif yerlərində ildırım çaxması nəticəsində 16 nəfər həyatını itirib.
Həyatını itirənlərin əksəriyyətinin kənd təsərrüfatı işçiləri olduğu bildirilib.
Çox sayda insan yaralanıb, bəzi evlərə ziyan dəyib
Pakistan Meteorologiya İdarəsi yağışların davam edəcəyini açıqlayıb və əhaliyə xüsusilə tufan zamanı qapalı ərazilərdə qalmaları barədə xəbərdarlıq edib.
Bunlar Medvedevin bəyanatı fonunda yenidən Fransa-İŞİD əlaqələrini üzə çıxara bilər.
Yəqin indi Moskvanın əlində məlumat var ki, Fransa ilə İŞİD arasında sövdələşmələr var. Bu sövdələşmə isə Rusiyada terrorla nəticələndi.
Paris üçün insan həyatının dəyəri yoxdur. O, öz ambisiyaları naminə hətta Fransanın özünü hədəfə gətirən terror təşkilatı ilə razılıqlar əldə edir.
Belə bir dövlətin sülh və təhlükəsizliklə əlaqədar tezisləri heç zaman səmimi ola bilməz.
Ona görə də, Fransa dünyanın heç bir yerində, o cümlədən Cənubi Qafqazda sülh və ədalət axtarmır.
Onun axtardığı şeylər pis niyyətlərini dövriyyədə saxlayaraq regional çalxalanmalar yaratmaqdır.
Elə son zamanlar Ermənistanın Azərbaycanla şərti sərhəddə təxribatlar törətməsinin də səbəbləri Fransadır. Çünki Fransa qarışıqlıqdan, xaosdan, qandan qidalanır.
O, Avropa İttifaqını da öz çirkin ambisiyalarına alət edir. Amma hər şey göz qabağındadır: Fransa terror təşkilatları ilə əlaqədən tutmuş təhlükəsizlik üçün digər bədxah əməllərə qədər addımların sahibidir.
Ermənistanda isə Fransanın şirin vədlərinə inanırlar. Olsun, amma deyəsən, hesablamırlar ki, Fransa ermənilərdən ibarət legion yaradıb onu Ukraynada döyüşməyə göndərmək niyyətindədir.