Gənc oğlan yeniyetməni alnından güllələyib

16-04-2024, 12:44           
Gənc oğlan yeniyetməni alnından güllələyib
Leninqrad vilayətində 18 yaşlı oğlan pnevmatik tapança ilə 15 yaşlı oğlanın alnından atəş açıb.

32gun.az xəvər verir ki, bu barədə Rusiyanın region üzrə İstintaq İdarəsi məlumat yayıb .

İstintaqın məlumatına görə, hadisə aprelin 15-də Slantsy şəhərinin Maksim Qorki küçəsində baş verib. Evlərdən birinin girişində gənc oğlan pnevmatik tapança ilə 15 yaşlı yeniyetmənin başına atəş açıb.

Nəticədə həkimlər azyaşlıya alın nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyublar. Yeniyetmənin səhhəti üçün təhlükə olmadığı qeyd edilir.

Atəş açdığı iddia edilən şəxs barəsində cinayət işi açılıb və o, saxlanılıb. Gəncin profilaktik tədbirinin seçilməsi məsələsi indi həll edilir.

Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi “Cinayət işində cinayətin törədilməsinə şərait yaradan bütün halların, habelə səbəb və şəraitin müəyyən edilməsinə yönəlmiş zəruri istintaq hərəkətləri aparılır” deyyə məlumat verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.