Sidney kilsəsində 4 nəfəri bıçaqla yaralayan şəxs həbs edilib
16-04-2024, 11:18
Avstraliya polisinin bildirdiyinə görə, Sidneydə bir yepiskop və üç ziyarətçinin bıçaqlanmasından sonra bir nəfər həbs edilib. Xəsarət alanlar arasında həyati təhlükəsi olan yoxdur.
Polis hadisənin bazar ertəsi axşam kilsənin televiziya ilə nümayiş etdirdiyi ibadət zamanı baş verdiyini bildirib. Pravoslav Assuriya kilsəsi xidmətləri onlayn nümayiş etdirilir.
Sosial şəbəkələrdə yayılan bir videoda qara paltarlı bir adamın Ueykli şəhəri yaxınlığındakı "Mərhəmətli Məsih" kilsəsində dua edən keşişinə yaxinlaşaraq, onun baş və bədəninin yuxarı nahiyəsinə bir neçə dəfə bıçaqla zərbə endirdiyini və kilsədəki insanların qışqıraraq, yepiskopun köməyinə qaçdığını görmək olub. Kilsə saytında yepiskopuu adı Mar Mari Emmanuel kimi gedib.
Yeni Cənubi Uelsin təcili yardım xidmətiçox sayda bıçaq yarası olan 50 yaşlarında bir kişiyə yardım edildiyini və onun xəstəxanaya çatdırıldığını, yaralanan daha üç nəfərə isə hadisə yerində yardım göstərildiyini bildirib.
"Hazırda polis geniş araşdırmanı davam edir və ictimaiyyəti ərazidən uzaq durmağa çağırır" - deyə, polis bildirib.
Şənbə günü Sidneydəki ticarət mərkəzində bir nəfərin altı nəfəri bıçaqlayaraq, öldürməsi və ondan çox insanı yaralamasından sonra avstraliyalılar hələ də şokdadır.
Keçən il yepiskop haqda milli televiziyanın xəbərlərində yer almışdı.
2023-cü ilin may ayında Avstraliya Yayım Korporasiyası tərəfindən "LGBTQ+" icmasını hədəf alan kampaniya ilə bağlı yayımlanan videoda yepiskop “kişi özünü qadın adlandıranda o, nə kişi, nə də qadındır. Sən insan deyilsən və sənə bir insan kimi müraciət etməyəcəyəm, çünki bu mənim seçimim deyil, sənin seçimidir" demişdi.