Bağlanan bankın ofisi 5,3 milyon manata satışa çıxarıldı - FOTO

16-04-2024, 15:18           
Bağlanan bankın ofisi 5,3 milyon manata satışa çıxarıldı - FOTO
2016-cı ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziyası ləğv edilmiş "United Credit Bank" ASC-nin ("UCB") yerləşdiyi bina satışa çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bina Xətai metrosunun yaxınlığında yerləşir.

15 sot torpaq sahəsində inşa edilən binanın ümumi sahəsi 1454.5 m²-dir.

UCB-nin keçmiş binası 5 300 000 manata təklif olunur.

Xatırladaq ki, "United Credit Bank" bağlanana qədər bu ünvanda fəaliyyət göstərib. Bank bağlandıqdan 6 ay sonra Babək prospekti, 16 ünvanında yerləşən ofisə köçüb və kreditorlarını və borclularını bu ünvanda qarşılayıb. Bankın lisenziyası isə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə ləğv edilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.