Çayxanada insanları güllələdi - VİDEO
20-04-2024, 15:34
Dağıstan sakini münaqişədən sonra çayxanada bir neçə dəfə atəş açıb.
Oxu24.com xəbər verir ki, bu barədə Life Shot Telegram kanalına istinadən məlumat yayıb.
Hadisə Dərbənddə "Oktyabr" çayxanasının yaxınlığında baş verib.
Hadisə yerindən çəkilmiş kadrlarda həmin şəxsin silahı müəssisəyə doğru tutaraq bir neçə dəfə atəş açması və bundan sonra qaçdığı görünür.
Mənbənin bildirdiyinə görə, hadisədən bir müddət əvvəl yerli sakin iaşə obyektinə daxil olaraq oradakı masa arxasında kimsə ilə söhbət edib.
Söhbətdən sonra o, əlində silahla küçəyə qaçaraq həmsöhbətinə tuşlayıb.
“Yerli Daxili İşlər Nazirliyi bizə silahın travmatik olduğunu və qurbanın 38 yaşında olduğunu bildirdi. Onlar indi hücumçunu axtarırlar”, - nəşr yazıb.
Hadisə şahidlərinin sözlərinə görə, atışma zamanı kiçik uşağı olan kişi müəssisədən qaçıb, qadınlar yerə yıxılaraq uşaqları qoruyublar.
Azyaşlı ziyarətçilərdən heç biri xəsarət almayıb. Münaqişənin səbəbləri barədə məlumat verilmir.