Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib
25-04-2024, 15:08
Almaniyanın Ştutqart şəhərində zəhərlənmə əlamətləri ilə 300-ə yaxın insan həkimlərə müraciət edib.
Onların hamısı hər il keçirilən Ştutqart Bahar Festivalında olub və orada yemək alıblar.
Zərərçəkənlər arasında həftəsonu festivala qatılan yeddi dost da var. Onlar qrildə bişmiş toyuq yeyib və spirtli içki içiblər. Ertəsi gün onlar zəhərlənmə əlamətləri hiss ediblər. Kütləvi zəhərlənmənin səbəbi araşdırılır.