Yüksək vəzifəli qadın rüşvətə görə saxlandı: 150 milyon... - FOTO

25-04-2024, 11:02           
Yüksək vəzifəli qadın rüşvətə görə saxlandı: 150 milyon... - FOTO
Moskva vilayəti sədrinin keçmiş birinci müavini Svetlana Striqunkova saxlanılıb.

TEREF bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Bildirilir ki, Moskvada saxlanan məmur 150 milyon rubl rüşvət almaqda ittiham edilir.

Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatına görə, Striqunkovanın villasında aparılan axtarışlar zamanı külli miqdarda nağd pul və çox sayda bahalı əşya götürülüb.

TASS agentliyinin Rusiyanın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata əsasən, hazırda rüşvət verən şəxsin kimliyi müəyyənləşdirilir./ Musavat.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.