Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Kamal Eynullayev və yaxud Kamal Eynulla adında bir şəxs işləmir. Bu barədə "Reporta" SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, SOCAR bu açıqlamanı bir sıra KİV-də ABŞ-da SOCAR əməkdaşının qızının öz həmcinsi ilə ailə qurması ilə bağlı yayılan məlumatlara görə yayıb.