Azərbaycanda inanılmaz hadisə: Yolda yanan TIR-ı oğurlayıb satdılar

25-05-2024, 16:54           
Azərbaycanda inanılmaz hadisə: Yolda yanan TIR-ı oğurlayıb satdılar
Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində qəzaya uğrayaraq yanan "Scania" markalı TIR-ın oğurlandığı məlum olub.

Publika.az-ın məlumatına görə, Gürcüstana məxsus olan TIR qəzaya uğradıqdan bir qədər sonra naməlum şəkildə yoxa çıxıb. Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini olan 1978-ci il təvəllüdlü Vüqar Məmmədov yol kənarında yanmış halda qalmış TIR-ı oğurlayaraq aparıb. O, daha sonra Gəncədə "Musayevin qarajı" adlanan ərazidə işləyən Sadiq adlı tanışına həmin TIR-ı metal qırıntısı kimi üç min manata satıb.

Bir müddət sonra gürcüstanlı sürücü və çalışdığı şirkət TIR-ın ardınca Azərbaycana gəlib və nəqliyyat vasitəsinin qalıqlarını qoyduqları yerdə tapa bilməyib. Onlar konsulluq vasitəsilə polisə şikayət ediblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq) maddəsi ilə cinayət işi açılıb. Vüqar Məmmədov polis tərəfindən saxlanılıb.

Şəmkir Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli hökmü ilə Vüqara iki il azadlıqdan məhrumetmə cəzası təyin edilib və cəzaçəkmə müəssisəsinə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru