Pakistanın Əfqanıstan sərhədi yaxınlığında postuna hücum zamanı 5 əsgər, 7 militant ölüb
28-05-2024, 12:58
Ağır silahlanmış militantlar bazar ertəsi səhər tezdən Əfqanıstanla sərhəddə Pakistanın təhlükəsizlik postuna hücum edib. Atışma zamanı beş əsgər və yeddi militant ölüb.
Təhlükəsizlik rəsmiləri Amerikanın Səsinə ölüm hallarını təsdiqləyərək, hücumun şimal-qərb Hayber Paxtunxva vilayətindəki ucqar Tira vadisində baş verdiyini və atışmanın altı əsgərin yaralanması ilə nəticələndiyini bildirib.
Qeyri-qanuni elan edilən və rəsmi olaraq "Təhrik-i-Taliban Pakistan" (TTP) kimi tanınan Pakistan Talibanı ilə müttəfiq olan militantlar bəyanat yayaraq, Tiradakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Ölümcül hücum Pakistan ordusunun Peşəvər vilayətinin paytaxtı yaxınlığında terrorla mübarizə reydi zamanı iki pakistanlı əsgərin və "Təhrik-i-Taliban Pakistan"la əlaqəsi olduğu güman edilən yeddi “terrorçu”nun öldürüldüyünü bildirməsindən bir gün sonra həyata keçirilib.
Bazar günü Pakistanın daxili işlər naziri Möhsin Naqvi İslamabadın Əfqanıstanın Taliban hökumətindən "Təhrik-i-Taliban Pakistan" liderləri və döyüşçülərinin qonşu ölkədən transsərhəd terrorizmi təşkil etmələrini dərhal dayandırmağı tələb edib.
Naqvi mətbuat konfransında bildirib ki, "əgər "Təhrik-i-Taliban Pakistan"nın qərargahı Əfqanıstanda qalsa" və onların dağıdılması üçün heç bir tədbir görülməsə, İslamabadın de-fakto Kabil hökməti ilə münasibətlərinin yaxşılaşması "çox çətin olacaq".
"Biz Əfqanıstanla yaxşı münasibətlər istəyirik. Lakin bu, onlar öz torpaqlarının Pakistana qarşı terror üçün istifadəsinə icazə vermədiyi təqdirdə mümkündür", Naqvi deyib.
"Lakin (Taliban üçün) öz sərhədləri daxilində terrorla məşğul olan şəxslərin həbs edilməsi, mühakimə olunması və ya bizə təhvil verilməsi son dərəcə vacibdir" - deyə, əlavə edib.
Taliban hökuməti "Təhrik-i-Taliban Pakistan"nın ərazilərindən kənarda fəaliyyət göstərməsi ilə bağlı iddiaları rədd edərək, heç kimə Əfqanıstan əzarisindən qonşu ölkələri və ya onların hüdudlarından kənarda təhdid etmək üçün istifadə etməsinə imkan vermədiyini bildirir.