Əfqanıstanda Aşura mərasimində insident, ölən var

14-07-2024, 15:54           
Əfqanıstanda Aşura mərasimində insident, ölən var
Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatının təhlükəsizlik işçiləri Herat şəhərində Aşura mərasimlərinə qatılan dindarlara atəş açıblar.

Oxu.Az bu barədə Əfqanıstanın "Aamaj News" agentliyinə istinadən xəbər verir.

Mənbə iddia edir ki, ənənəvi dini mərasimlərini keçirən şiə dindarlar matəm tədbirini əvvəlcədən razılaşdırılmış ünvandan kənarda qeyd etməyə çalışıblar. Nəticədə təhlükəsizliyə cavabdeh olan silahlılarla onların arasında qarşıdurma yaranıb. İnsident nəticəsində bir nəfər mülki şəxsin güllə xəsarətindən həyatını itirdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru