Zelenskidən Xarici Kəşfiyyat Xidmətində kadr dəyişiklikləri

Bu gün, 12:08           
Zelenskidən Xarici Kəşfiyyat Xidmətində kadr dəyişiklikləri
Ukrayna prezidenti Volodimir Zelenski Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyində bir sıra kadr dəyişikliyi edib.

Bu barədə RBK-Ukrayna məlumat yayıb.

Oleq Luqovski sədr müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini vəzifəsinə yeni təyin edilib.

Prezident həmçinin Oleq Sinaykonu sədr müavini vəzifəsindən azad edib. Onun yerini oxşar vəzifəyə təyin edilmiş Gennadi Boqaç tutub.

Fərmanlarda bu kadr dəyişikliklərinin səbəbləri göstərilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.