Bakıda sərnişinlərin şikayət etdiyi sürücü həbs edildi – Narkotikdən istifadə edib

2-11-2024, 16:02           
Bakıda sərnişinlərin şikayət etdiyi sürücü həbs edildi – Narkotikdən istifadə edib
Bakıda narkotik maddələrin təsiri altında avtobus idarə edən sürücü sərnişinlərin tələbi ilə saxlanılıb.
Tribunainfo.az-ın məlumatına görə, hadisə 30 oktyabr 2024-cü il tarixdə saat 17.00 radələrində baş verib.
Belə ki, 1969-cu ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuş, paytaxtda “DAEWOO BS090” markalı avtobusun sürücüsü işləyən F.G. barəsində sərnişinlər polisə şikayət ediblər. İki qadın və bir nəfər kişi sərnişin sürücü F.G.-nın avtobusu idarə edən zaman özünü qeyri-adekvat aparmasını müşahidə etdiblər, bu barədə ərazidə fəaliyyət göstərən polisə mlumat veriblər. Onlar əvvəlcə F.G.-ya yaxınlaşaraq avtobusu saxlamasını tələb ediblər. Bundan sonra ərazidə xidmət aparan DYP əməkdaşlarını məlumatlandırıblar. Həmin vaxt avtobusun sərnişini olmuş şəxslər digər avtobusa minərək ərazidən uzaqlaşıblar.
Sərnişinlərin şikayəti əsasında sürücü dərhal saxlanılaraq, tibbi müayinədən keçirilib və avtobusu narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.
Məhkəmənin qərarı ilə F.G. inzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 1 ay müddətinə inzibati qaydada həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru