Ölüm cəzasına məhkum edilən qadının 16 ildən sonra günahsız olduğu üzə çıxıb - FOTO

Bu gün, 11:18           
Ölüm cəzasına məhkum edilən qadının 16 ildən sonra günahsız olduğu üzə çıxıb - FOTO
ABŞ-ın Texas ştatında məhkəmə 16 il əvvəl edam cəzasına məhkum edilmiş 55 yaşlı Melissa Lusionu təqsirsiz bilib.

32gun.az bildirir ki, bu barədə "Washington Post" xəbər verir .

2007-ci ildə Lusionun iki yaşlı qızı qançırlar və qolu sınıqla xəstəxanaya aparılıb. Qız nəfəs almırdmış. Həkimlər onu xilas edə bilməyiblər. Lusio qızının pilləkənlərdən yıxıldığını iddia edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının qızı döyməsindən şübhələniblər. Bir neçə saatlıq sorğu-sualdan sonra o, günahını etiraf edib, lakin sonra sözlərindən geri çəkilib.

Lusionun vəkilləri uzun illər onun günahsız olduğunu və hökmün yalan ifadələrə və sonradan məlum olduğu kimi, qeyri-elmi üsullardan istifadə edilən ekspertizaya əsaslandığını iddia edirdilər.

Lusionun işinə yenidən baxan rayon hakimi Arturo Nelson belə nəticəyə gəlib ki, ittiham tərəfi qızın pilləkənlərdən yıxıldığını təsdiqləyən sübutları qəsdən gizlədib. O, qadını təqsirsiz bilib və hökmün ləğv edilməsini tövsiyə edib.

Məhkumun ləğvi barədə qərarı Texas Cinayət Apellyasiya Məhkəməsi verməlidir. Bu baş verərsə, Lusio azadlığa çıxa biləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.