Rusiyada dəhşətli hadisənin anbaan görüntüləri: İki kişi buzlu gölə düşdü, biri öldü VİDEO

4-12-2024, 16:27           
Rusiyada dəhşətli hadisənin anbaan görüntüləri:
Rusiyanın Moskva şəhərinin Novoqireyevo rayonunda bədbəxt hadisənin görüntüləri yayılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.

Görüntülərdə Pişik gölündə buzun qırılması nəticəsində suya düşən iki kişinin xilas olmaq üçün çabaladıqları kadrlar yer alıb.

Məlumata görə, onlar yollarını qısaltmaq üçün üzəri nazik buz qatı ilə örtülmüş göldən keçmək istəyiblər. Lakin yolun ortasında buz təbəqəsi qırılıb və hər ikisi suya düşüb. Ətrafdakı insanlar onlara doğru uzun qırmızı boru uzadıblar, lakin boğulanlara kömək edə bilməyiblər. Xilasedicilərin gəlməsini gözləyən kişilər hər cür cəhdlə həyatları üçün mübarizə aparıblar.

Lakin onlardan biri sağ qala bilib, digəri isə həyatını itirib. Xilasedicilər onun cəsədini sudan çıxarıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru