Hər gün yeyilməsi lazım olan tərəvəz

10-12-2024, 10:58           
Hər gün yeyilməsi lazım olan tərəvəz
Endokrinoloq və dietoloq İnna Misnikova brokolinin tərkibində çoxlu faydalı maddələr olduğunu bildirib. Foodinfo.az xəbər verir ki, həkim Telegram kanalında tərəvəzin xüsusiyyətlərini açıqlayıb.“Brokoli hər gün süfrənizdə olmağa layiq tərəvəzdir. Onun faydalı xassələrinin sirri sağlamlığı yaxşılaşdıran və orqanizmi müxtəlif xəstəliklərdən qoruyan antioksidantlarda və iltihabəleyhinə birləşmələrdədir”, - Misnikova yazıb.Həkimin sözlərinə görə, brokolinin tərkibində immun hüceyrələrin fəaliyyətinə təsir edərək orqanizmdə iltihabı azaldan və xərçəngdən qoruyan sulforafan maddəsi var. Bundan əlavə, bu növ kələmdə bəzi xərçəng növlərinin riskini azaldan bir birləşmə olan indol-3-karbinol var. O, həmçinin piylənmənin, diabetin, ürək-damar xəstəliklərinin, neyrodegenerativ xəstəliklərin və osteoporozun qarşısını alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru