Gündə üç stəkan bu içki demensiya riskini azaldır

20-01-2025, 10:58           
Gündə üç stəkan bu içki demensiya riskini azaldır
Yapon alimləri öyrəniblər ki, gündəlik 600 millilitr yaşıl çay içmək yaşlı insanlarda demensiyanın inkişaf riskini azalda bilər.Foodinfo.az bildirir ki, bəzi tədqiqatlar göstərir ki, çay və qəhvə içmək yaşlı insanlarda idrak funksiyasını yaxşılaşdırır. Məsələ burasındadır ki, bu içkilərin tərkibində neyroprotektiv təsir göstərən kofein, polifenollar və müxtəlif vitaminlər var. Bununla belə, qocalıq demansının inkişafının ləngiməsi ilə bu içkilərin istifadəsi arasında əlaqə sübut edilməyib.Anketlərin nəticələrinə əsasən tədqiqatçılar iştirakçıları istehlak etdikləri yaşıl çayın səviyyəsinə görə gündə sıfırdan 200 millilitrədək, 201-dən 400 millilitrədək, 401-dən 600-ə qədər və daha çox içənlərə bölüblər.Məlum olub ki, yaşıl çay içmək beynin ağ maddəsinin daha az zədələnməsi ilə əhəmiyyətli dərəcədə əlaqələndirilir. Beləliklə, gündə 600 mililitr (təxminən üç stəkan) içki içən iştirakçılarda 200 millilitr və ya daha az çay içənlərlə müqayisədə ağ maddənin zədələnməsi üç faiz az olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru