6 milyonluq brilyant satan Qarabağ ermənisi saxlanıldı

11-02-2025, 15:10           
6 milyonluq brilyant satan Qarabağ ermənisi saxlanıldı
Rusiyanın Sankt-Peterburq şəhərində polis Federal Təhlükəsizlik Xidməti ilə birlikdə şəhərin Puşkinski rayonundakı zərgərlik sərgisində reyd keçirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, nəticədə “Ekspoforum” Konqres və Sərgi Mərkəzinin “Natural brilyantlar” pavilyonunda Xankəndidən (Azərbaycan) 33 yaşlı, İrəvandan olan 41 və 45 yaşlı iki erməni saxlanılıb.

Müstəntiqlərin fikrincə, məhz “Natural brilyantlar” pavilyonunda qiymətli daşların satışı ilə bağlı qeyri-qanuni əməliyyat keçirilib. Dəyəri 6 milyon rublu (təxminən 105 min 564 manat) keçən brilyantların 5,5 milyona (təxminən 96 min 767 manat) satılması hüquq-mühafizə orqanlarında şübhə doğurub.
Müsadirə edilən əmlaklar arasında 456 almaz, həmçinin avadanlıq və xeyli miqdarda nağd pul - 741 min rubl (təxminən 13 min manat) və 15,2 min dollar (25 min 840 manat) olub. Hadisə ilə bağlı külli miqdarda qiymətli daşların qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru