Yemək zamanı su içmək çox müzakirə olunan bir mövzudur. Foodinfo.az bildirir ki, yeməklə bərabər su içmək bəzi hallarda həzmə zərər verə bilər. Su mədədəki turşuları seyreldərək həzmi zəiflədir.Yeməkdən əvvəl və ya sonra su içmək daha faydalıdır. Yemək zamanı su içmək bəzən şişkinliyə səbəb ola bilər. Yeməklə su içmək qan şəkərinin sürətli artmasına yol açır. Həmçinin, suyun mədədəki qida emalını yavaşlatması mümkündür.Yeməklə su içmək həzm sistemini tam olaraq pozmur. Sadəcə daha yaxşı həzm üçün yeməkdən əvvəl və ya sonra su içmək daha məqsədəuyğundur. Bədənə lazımi su miqdarını təmin etmək vacibdir. Yeməkdən əvvəl su içmək orqanizmin lazımi maye ilə təmin edilməsinə kömək edir. Həmçinin suyun miqdarı düzgün seçilməlidir.