Sinif otağında QALMAQAL: Müəllim pornoqrafik videoya baxarkən yaxalandı

12-03-2025, 15:34           
Sinif otağında QALMAQAL: Müəllim pornoqrafik videoya baxarkən yaxalandı
Rusiyada müəllimin dərs zamanı kompüterində pornoqrafik videolara baxarkən yaxalanmasından sonra istefa verib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Rusiyada 62 yaşlı fizika müəllimi Razif Nurqaliev 13 və 14 yaşlı şagirdlərinə dərs deyərkən kompüter ekranında pornoqrafik video nümayiş etdirib.

Nurqaliev proyektora qoşulmuş kompüterində qeyri-münasib görüntülər kimi ekranda gülümsəyərək görünüb. Görüntülər sürətlə yayılaraq əks reaksiyaya səbəb olub.

Məlumata görə, hadisə Neftekamsk yaxınlığındakı Taşkinovo kəndindəki məktəbdə baş verib.

Valideynlər hadisəyə sərt reaksiya versə də, məktəb rəhbərliyi əvvəlcə müəllimi işdən uzaqlaşdırmaqdan imtina edib.

“Hazırda araşdırma aparılır. Amma mən hər iki tərəfi dinlədikdən sonra qərar verəcəm. Şərhlər daha sonra ediləcək”, - məktəb direktoru Rudaniya Burxanova bildirib.

Müəllim isə hadisənin qəsdən baş vermədiyini iddia edib.

İnternetdə hansısa jurnala daxil olmaq istəyərkən təsadüfən sayta daxil olduğunu iddia edən Nurqaliev “nəyəsə klik etdim, sayt açıldı” deyib.

Məktəb rəhbərliyi müəllimin vəzifədə qalmasını istəsə də, insident böyüdükcə, Nurqaliev sərt reaksiyalara görə istefa verib.

Qalmaqal sosial mediada və yerli mətbuatda geniş diqqət çəkib və hadisədən sonra məktəbdə intizam araşdırmasına başlanıldığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru