Xəstəxana şöbə müdiri 150 min rüşvət almaqda şübhəli bilinərək saxlanılıb

6-06-2025, 15:38           
Xəstəxana şöbə müdiri 150 min rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
Krasnodarda xəstəxana şöbə müdiri 150 min rubl rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

32gun.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, həkim 2024-cü ilin fevralında yerli sakinin həyat yoldaşına təcili əməliyyat lazım olduğu üçün qadından rüşvət tələb edib. O, əməliyyatı qısa müddətdə təşkil etməyə söz verib və əməliyyatdan bir gün sonra 150 min rubl alıb.

Şübhəlinin evində axtarış aparılıb. Hüquq-mühafizə orqanları 7,8 milyon rubl, 5 400 ABŞ dolları, 900 avro və cinayət işi üçün əhəmiyyət daşıyan bir sıra digər əşyalar aşkar ediblər.

Hazırda tibb işçisi barəsində həbs-qətimkan tədbirinin müəyyən olunacağı məhkəmə iclasını gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru