Avtomobildə dörd saat ilanla səyahət: Bakıdan rayona dincəlməyə gedən ailə ŞOK KEÇİRDİ VİDEO

7-06-2025, 10:37           
Avtomobildə dörd saat ilanla səyahət: Bakıdan rayona dincəlməyə gedən ailə ŞOK KEÇİRDİ  VİDEO
Bakıdan Bərdəyə istirahət üçün yola düşən ailə gözlənilməz hadisə ilə üzləşib. Belə ki, Yasamal rayonundan çıxan avtomobildə ailə üzvləri ilanla qarşılaşıb.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, ilan avtomobilin üzərində yol boyunca hərəkət edib və dörd saatlıq səyahət ərzində maşını tərk etməyib.

Maşında uşaqların da olması ailə üzvlərində ciddi təşviş yaradıb. Nəhayət, ilanla birgə səyahət Bərdə rayonunda sona çatıb.


Qeyd edək ki, son vaxtlar Bakının müxtəlif ərazilərində ilanların görünməsi ilə bağlı məlumatlar yayılır. Xüsusilə ilanların yaşayış məntəqələrinə, həyətlərə və hətta evlərin içərisinə daxil olması halları müşahidə olunur. Mütəxəssislər bu vəziyyəti havaların qızması, qida axtarışı və ilanların təbii yaşayış yerlərinin daralması ilə əlaqələndirirlər.

Ən çox müşahidə olunan ərazilərin isə Yasamal rayonu, Sabunçu və Binəqədi, Qaradağ və Hövsan istiqamətlərinin olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru