Netanyahunun kortejindəki avtomobilin təkərini deşən şəxs saxlanılıb

7-06-2025, 09:42           
Netanyahunun kortejindəki avtomobilin təkərini deşən şəxs saxlanılıb
İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin əməkdaşları Baş nazir Benyamin Netanyahunun Qüdsdəki iqamətgahı qarşısında dayanmış kortejdəki avtomobilin təkərini deşməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "Maariv" saytı məlumat yayıb.

Məlumata görə, avtomobil Təhlükəsizlik Xidmətinin əməkdaşlarından biri üçün nəzərdə tutulub. Təkər deşilən zaman avtomobildə heç kim olmayıb. Həmçinin Baş nazir Netanyahunun da yaxınlıqda olmadığı qeyd edilib.

Polis saxlanılan şəxsin kimliyi və hadisənin motivləri barədə məlumat verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru