Nazirlər səhərədək telefonda danışıb - Türkiyə və İran arasında gərginlik

17-12-2016, 00:43           

Türkiyə ilə İranın xarici işlər nazirləri arasında sərt telefon danışığı yaşanıb.

teref.az Sputnik-ə istinadən xəbər verir ki, Hələbdəki atəşkəsə tam əməl olunması və sivillərin bölgədən çıxarıla bilməsi üçün türk tərəfi İranı məsuliyyətli olmağa çağırıb.

Məlumata görə, təkcə dünən gecə səhərədək iki ölkənin XİN başçıları arasında 8 telefon danışığı baş tutub. Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zərifə, iranlı milis dəstələrinin Hələbdən yaralıları çıxaran konvoylara atəş açdığını və bunun qəbuledilməz olduğunu söyləyib. Öz növbəsində Cavad Zərif müxaliflərin nəzarətindəki bölgədə sıxışıb qalan şiə əhalisinin sağ-salamat oradan çıxması üçün Türkiyəni addım atmağa səsləyib. Nəhayətində hər iki tərəf qarşılıqlı təkliflər üzərində razılıq əldə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.