"Bakı-2015"-də xoşagəlməz hadisə: jurnalistlər xəstəxanaya aparıldı

18-06-2015, 14:43           

İyunun 17-də H.Əliyev adına İdman kompeksində çalışan hakimlərin, iştirakçıların və foto-video operatorlarının görmə qabiliyyətində qəribə problem yaranıb.

Qeyri-rəsmi məlumatlara görə, Avropa Oyunları çərçivəsində axşam yarışları zamanı zalın yuxarı hissəsində lampalar partlayıb. Partlayan lampalardan zala toz hissəcikləri tökülüb. Lakin iştirakçıların əksəriyyəti bunu hiss etməyib. Ancaq bu gün zalda işləyən fotoqraflar və hakimlər pis görmələrindən şikayətləniblər. Çoxunun gözlərində qızartı əmələ gəlib. Fotoreportyorlar müayinə üçün xəstəxanaya göndəriliblər.

Eyni zamanda bugünkü güləş yarışmasının hakimləri günəş eynəkləri taxıblar. Bəzi zərərçəkənlərin sözlərinə görə, onların gözlərində sançı var, işığı boz-bulanıq görürlər. Avropa Oyunları Əməliyyat Komitəsindən şərh almaq mümkün olmayıb. ("Turan")












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru