Rusiya köhnə palanı eşələməyə qərar verib və içindən nələr çıxır- “Dağlıq Qarabağdan olan məcburi köçkünlər”.

Dünən, 15:24           
Rusiya köhnə palanı eşələməyə qərar verib və içindən nələr çıxır-
Rusiyanın “Vedomosti” nəşrinin yazdığına görə bu gün -iyulun 31-də Qarabağdan getmiş ermənilərə yardım üçün “Ermənistan şəhərlərinə humanitar yardımın yeni partiyaları göndəriləcək”. Bəs, bu işi kim görür? Məlum olur ki, Bakıdan qovulmuş “Rossotruniçestvo”. Yardım məntəqələrinin hansı şəhərlərdə yerləşəcəyini yazan nəşr 140 ton yük göndərəcəyini vurğulayır.Yəni, təxminən 4 TİR yük göndərməklə Rusiya Qarabağ ermənilərini unutmadığını demək istəsə də, hədəfin Azərbaycan olduğu ortadadır. “Dağlıq Qarabağ” terminini yada salmaqla,”məcburi köçkünlər” ifadəsini işlətməklə Rusiya erməni revanşistlərə pas verir və “ Qarabağ problemi”nin hələ həll olmadığına işarə vurur. Üstəlik, Azərbaycanı “etnik təmizləmə” ilə ittiham edir. Bu o deməkdir ki, daşnaklar, kilsə, diaspora Paşinyan hakimiyyətinə qarşı bütün gücünüzü ortaya qoyun, Rusiya yanınızdadır. Dolayısı ilə də Azərbaycanı xəbərdar etmiş olur.
Nəşrin yazdığına görə “ ilk növbədə çoxuşaqlı ailələrə, qocaları olan ailələrə və ailə başçısını itirmiş ailələrə yardım nəzərdə tutulub. Balaca uşaqlar üçün uşaq qidası, yarmalar, püreler, şirniyyatlar, gigiyena vasitələri və uşaq bezləri olan dəstlər də göndəriləcək”. Kiyevdə bu gecə 6 yaşlı uşağı anası ilə birlikdə öldürən Rusiya nə qədər”mərhəmətli” imiş?!
Ilham Ismayil
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru