Cənubi və Şimali Koreya arasında "buzlar əriyir" Dünən, 15:28 Cənubi Koreya vətəndaşlarına Şimali Koreya sakinləri ilə sərbəst təmas imkanı verilib."Yohap" agentliyinin verdiyi məlumata görə, bunu Cənubi Koreyanın birlik naziri Çon Don Yon bildirib.Nazirin sözlərinə görə, vətəndaşlar Şimali Koreya sakinləri ilə təmas qurmazdan əvvəl əvvəlcədən Birlik Nazirliyinə məlumat verməlidirlər.O əlavə edib ki, xalqlar arasında sərbəst təmaslar dinc yanaşı yaşamağı təmin edən qarşılıqlı anlaşmaya gətirib çıxara bilər. Facebook-da paylaş