Azərbaycanda pambıq tarlasında faciə - Qadın öldü

30-04-2017, 21:41           

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Lent.az xəbər verir ki, rayonun Qarasu kəndi yaxınlığındakı pambıq tarlasından 1956-cı ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuş Cəbrayılova Qızbəst Məhəddin qızının meyiti tapılıb. İlkin araşdırma zamanı qadının pambıq sahəsində işlədiyi və paltarının su motoruna ilişməsi nəticəsində ağır xəsarət alaraq öldüyü müəyyən edilib.

Faktla bağlı zəruri ekspertizalar təyin edilib, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru