Toy günü lift qırıldı, bəy ağır xəsarət aldı - VİDEO

1-05-2017, 08:20           


Bakıda toy günü yaşayış binasında lift qırılıb və nişanlısının dalınca gələn bəy ölüm təhlükəsi ilə üz-üzə qalıb.

Hadisə "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binalarından birində qeydə alınıb.

"Qaynar" FHN-in sayına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 19:24-də başa çatıb.

Qeyd edək ki, öncə mətbuatda hadisə zamanı bəyin həlak olması xəbəri yayılsa da, daha sonra onun həyatının xilas edildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru