Azərbaycanlı arvadını döyən nigeriyalı futbolçu: “Arvad mənimdir, özüm bilərəm” – FOTOLAR

1-06-2017, 09:32           

“Neftçi”, “Turan” və MOİK-in sabiq futbolçusu nigeriyalı Erik Obidikenin azərbaycanlı həyat yoldaşı Aytən Obidikeni vəhşicəsinə döydüyü haqda xəbər vermişdik.

“Qafqazinfo”ya açıqlama verən keçmiş müdafiəçi məsələyə aydınlıq gətirib. O, həyat yoldaşı ilə arasında problem olduğunu, lakin mətbuatda yazılanların şişirdildiyini bildirib:

“Yoldaşlımla aramda problemlər var. Amma bu yazılanlar qədər şişirdiləcək məsələ deyil. Aytəndən də soruşdum və dedi ki, heç kimə bu barədə danışmamışam. Hansı kişi deyə bilər evində problem olmur?! Dalaşmışıqsa da, arvad mənimdir, özüm bilərəm! Başqa adama problem yaratmamışam ki? Guya, azərbaycanlı kişilərlə arvadları arasında mübahisə, dava-dalaş olmur? Dalaşdığımız düzdür, amma bu qədər də yox”.

Qeyd edək ki, cütlüyün Rəvan və Mələk adında iki övladları var.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru