İmişlidə mal-qara oğruları saxlanılıb

7-06-2017, 08:08           
İmişlidə mal-qara oğruları saxlanılıb
İmişlidə mal-qara oğruluğu edən qrup saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayon Çaxırlı kəndinin sakinləri polisə müraciət edərək iribuynuzlu heyvanlarının oğurlandığını bildiriblər. İmişli polis şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq törədən 3 nəfər şəxs saxlanılıb. Həmin şəxslərin Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində salınmış qəsəbə sakinləri olduğu məlum olub. Belə ki, 9 Saylı qəsəbə sakini 31 yaşlı Məmişov Fuad Polad oğlu, 2 saylı qəsəbədə məskunlaşan həmyerliləri, 1993-cü ci il təvəllüdlü Paşalı Aruz Əli oğlu və Həsənli Qalib İnqlab oğlu qrup şəklində oğurluq hadisəsini törədiblər. Adı çəkilən şəxslər Çaxırlı kəndi ərazisindəki örüş sahəsindən Şahin Əliyevə məxsus 2 baş, Şəmsəddin Mehdiyevə məxsus 1 baş, Bərxudar Ağayevə məxsus 1 baş, Əlniyaz Əliyevə məxsus 2 baş və Elxan Şirinova məxsus 1 baş iri buynuzlu heyvanı oğurlayaraq İmişli rayon Qızılkənd ərazisinə gətiriblər. Daha sonra heyvanları idarə etdikləri 02-BG-659 dövlət nömrə nişanlı “Qaz 53” markalı yük maşınına yığıb hadisə yerindən qaçıblar.

Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4 maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır. Adı çəkilən şəxslərin digər cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.