Bu dəfə məktəbli faciəsi yaşadıq

7-06-2017, 19:03           

Deformasiyaya uğrayan avtomobilin içərisində sıxılıb qalan meyitləri yaxınlıqdakı insanlar çıxarıblar

Ələt-Astara magistral yolunun Lənkəran rayonu Liman şəhəri ərazisindən keçən hissəsində ağır avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, "Mercedes" markalı 10 OR 044 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Güclü zərbə nəticəsində avtomobildə olan iki nəfər — Liman şəhər və Qumbaşı kənd sakinləri Kənan Səfərov və Xalid Səfərov hadisə yerində keçiniblər. Çırpılma nəticəsində deformasiyaya uğrayan avtomobilin içərisində sıxılıb qalan meyitləri yaxınlıqdakı insanlar çıxarıblar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru