Göygöl sakini bıçaqlanıb

8-06-2017, 08:39           
Göygöl sakini bıçaqlanıb
Göygöldə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Üçtəpə kənd sakini, 1996-cı il təvəllüdlü Mustafazadə Elşən Zirəddin oğlu sifətin və döş nahiyəsinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilir. Yaxınlarının dediyin görə, E. Mustafazadə tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru