Şimali Koreya bir neçə gəmi əleyhinə ballistik raket buraxıb

8-06-2017, 08:56           
Şimali Koreya bir neçə gəmi əleyhinə ballistik raket buraxıb
Bu gün Şimali Koreya növbəti dəfə ballistik raketləri sınaqdan keçirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya müdafiə nazirliyindən bildirilib.

Məlumata əsasən, Şimali Koreya Yapon dənizinə bir neçə ballistik raket buraxıb. Sınaqların nəticələri barədə məlumat verilmir. İlkin ehtimala əsasən, bu dəfə Şimali Koreya hərbçiləri gəmi əleyhinə raketləri sınaqdan keçirib. Raketlər ölkənin şərqindəki Vonsan şəhərindən buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru