Moskva ətrafında dörd nəfəri güllələyərək öldürən şəxs məhv edildi

11-06-2017, 07:53           
Moskva ətrafında dörd nəfəri güllələyərək öldürən şəxs məhv edildi
Moskva ətrafında 4 nəfəri qətlə yetirən silahlı şəxs məhv edilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, cinayətkar xüsusi əməliyyat zamanı öldürülüb.

Xəbər verildiyi kimi, Moskva ətrafında kişi ov tüfəngi ilə evinin pəncərəsindən yoldan keçənlərə atəş açaraq 4 nəfəri qətlə yetirib. İnsident Ramenski rayonunun Kratovo qəsəbəsində baş verib.

“İnterfaks”ın xəbərinə görə, hadisəyə səbəb ailə üzvləri və ya qonşularla məişət zəminində baş vermiş münaqişə olub. Atəş açan şəxsin sərxoş olduğu bildirir.

Bir neçə gün əvvəl Tver əyalətində elektrik ov tüfəngindən 9 nəfəri qətlə yetirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru